EN

La Liqada ardıcıl 10 cu qələbəsini qazanan “Barselona” çempionluğun bir addımlığında

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 3 may, AZƏRTAC

“Barselona” İspaniya La Liqasının XXXIV turunda səfərdə “Osasuna”nın qonağı olub.

AZƏRTAC xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar 2-ci hissədə vurulub. Qonaqların heyətində Robert Levandovski və Ferran Torres, meydan sahiblərindən isə Raul Qarsiya fərqlənib.

La Liqada ardıcıl 10-cu qələbəsini qazanan “Barselona” hazırda 88 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 74 xalla 2-ci sırada yer alan “Real Madrid” bu gün “Espanyol” səfərində xal itirsə, kataloniyalılar sona 4 tur qalmış çempionluğu təmin edəcək. Əks halda, bütün suallara XXXV turda keçiriləcək “Barselona” – “Real Madrid” oyununda aydınlıq gələ bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
111
50
azertag.az

10Sources