EN

“Bavariya”nın baş məşqçisi “Haydenhaym”la heç heçə barədə fikir bildirib

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 32-ci turunda “Haydenhaym”la oyunun nəticəsini şərh edib.

İdman.Biz bildirir ki, matç 3:3 hesabı ilə bitib.

“Hər şey bizim əhval-ruhiyyəmiz və özünəinamımızla bağlıdır. Əlbəttə ki, daha yaxşı oynaya bilərdik, amma unutmamalıyıq ki, oğlanlar məğlubiyyətdən qaçmaq üçün əllərindən gələni etdilər. Növbəti oyunumuz üçün bu motivasiyanı qorumalıyıq. Qalan hər şey sadəcə üzərində işləməli olduğumuz detallardır. Haydenhaym çox mübarizə apardı və yaxşı müdafiə olundu. Matçın əvvəlində tam gücümüzlə oynamırdıq və rəqiblərimiz bundan istifadə etdilər”, - Kompani deyib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
122
icma.az

1Sources