EN

İran XİN: ABŞ-nin gəmini ələ keçirməsi beynəlxalq hüququn pozulmasıdır

BAKI, 3 may. TELEQRAF

İran Xarici İşlər Nazirliyi ABŞ tərəfindən İranın “Touska” ticarət gəmisinin ələ keçirilməsini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi “X” sosial şəbəkəsində paylaşım edib.

Qeyd olunub ki, hadisə aprel ayında Oman körfəzində baş verib və ABŞ hərbçiləri İran gəmisini saxlayıb.

Diplomat bildirib ki, Tehran bu insidenti birbaşa hücum və qüvvədə olan atəşkəs rejiminin pozulması kimi dəyərləndirir.

“Beynəlxalq ictimaiyyət, dövlətlər və BMT-nin Baş katibi bu cür açıq-aşkar beynəlxalq hüquq pozuntularının normallaşdırılmasına qətiyyətlə qarşı çıxmalıdır”, – deyə Bəqayi vurğulayıb.

Chosen
116
teleqraf.com

1Sources