EN

Kimi Antonelli Formula 1 üzrə Mayami Qran Prisinin təsnifat mərhələsində birinci yeri tutub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 may, AZƏRTAC

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının Mayami Qran-Prisində təsnifat mərhələsində birinci yeri tutub.

AZƏRTAC Formula 1 yarışmasının saytına istinadla xəbər verir ki, “Red Bull” komandasından niderlandlı Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü yeri tutub.

Yürüş mayın 3-də olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
131
2
azertag.az

3Sources