BAKI, 3 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gələcəkdə Amerika neft şirkətlərinin İranda fəaliyyət göstərməsinin mümkün olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatının Vest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı danışıb.
ABŞ lideri bu mövzu ilə bağlı ətraflı izah verməsə də, belə bir ssenarinin mümkünlüyünü istisna etməyib.
“Bu mümkündür”, – deyə Tramp ABŞ enerji şirkətlərinin İranda işləyə biləcəyi ilə bağlı suala cavabında qeyd edib.