EN

Bu it hər gün özü qabını gətirir ki, SU VERSİNLƏR VİDEO

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Sumqayıtda qeydə alınan maraqlı hadisə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, şəhərdə yaşayan bir itin davranışı izləyicilərin diqqətini cəlb edib. Görüntülərdə itin hər gün ağzında qabla insanlara yaxınlaşaraq su istədiyi əks olunub.

İddialara görə, həmin it artıq vərdiş halına gətirdiyi bu hərəkəti ilə ətrafdakı sakinlərdən su istəyir. O, qabını gətirərək insanların qarşısında dayanır və su verilənədək gözləyir.

Bu təsirli və eyni zamanda maraqlı anlar sosial mediada sürətlə yayılıb. İzləyicilər itin ağıllı davranışını təəccüblə qarşılayaraq müxtəlif rəylər yazıblar. Bəziləri onun susuz qalmaması üçün daha çox diqqət göstərilməsinin vacibliyini vurğulayıb.

Görüntülər qısa müddətdə viral olaraq geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
43
news.milli.az

10Sources