EN

Makaronun faydaları nələrdir? sağlam qidadırmı?

ain.az bildirir, Milli.az portalına istinadən.

Makaron uzun zamandır mətbəxlərin təməl daşlarından biridir və dünya miqyasında sevilən qidalardandır. 600-dən çox fərqli forması olan bu qida balanslı bir pəhrizin parçası kimi istehlak edildikdə sağlamlıq üçün bir çox fayda təmin edir.

Milli.Az xəbər verir ki, makaron aktiv həyat tərzi üçün lazım olan kompleks karbohidratlar vasitəsilə bədəni davamlı enerji ilə təmin edir. 

Qan şəkərində qəfil yüksəlmələrə səbəb olmadan beyin və əzələlər üçün yanacaq rolunu oynayan qlükozanın davamlı ifrazını təmin edir.

Təbii olaraq aşağı yağ və xolesterin tərkibinə malikdir. Tərəvəzlər və ya yağsız zülallarla birlikdə yeyildikdə ürək üçün faydalı seçimdir.

Tam taxıllı makaron həzmə kömək edir, daha uzun müddət tox tutur və qan şəkərini nəzarətdə saxlayır.

Hüceyrə sağlamlığı üçün həyati əhəmiyyət daşıyan fol turşusu, dəmir və B vitaminləri ilə zəngindir.

Soyudulmuş makaronun tərkibindəki bəzi nişastalar bağırsaqdakı faydalı bakteriyaları bəsləyərək prebiotik funksiyasını yerinə yetirir.

Makaronun sağlamlıq dərəcəsi porsiya ölçüsünə, növünə (tam taxıllı və ya rafinə edilmiş) və hazırlanma qaydasına bağlıdır. Onu daha sağlam etmək üçün:

Tam taxıllı və ya yüksək zülallı makaronlara üstünlük verilməlidir.

Boşqabınızı ispanaq, bibər, göbələk və ya qabaq kimi tərəvəzlərlə zənginləşdirin.

Ağır soslar əvəzinə zeytun yağı, sarımsaq və ya pomidor əsaslı alternativləri seçin.

Makaronu bir az diri (al dente) bişirmək onun glisemik indeksini aşağı salır və qan şəkərini daha az yüksəldir.

Makaron ölçülü şəkildə və tərəvəzlərlə birlikdə istehlak edildikdə çəki idarəetməsinə kömək edə bilər. Lif baxımından zəngin olması metabolizmanı sürətləndirir və toxluq hissi yaradır. Araşdırmalar göstərir ki, sağlam pəhrizin (məsələn, Aralıq dənizi pəhrizi) parçası kimi makaron istehlakı piylənməyə səbəb olmur, əksinə arıqlamağa kömək edə bilər.

Makaron idmançılar üçün çox faydalıdır, çünki məşq zamanı davamlı enerji verir və əzələlərdə qlikogen depolarının yenilənməsinə kömək edir. Asan həzm olunan bu qida yorğunluğun qarşısını aldığı üçün məşq öncəsi və sonrası üçün ideal bir öyündür.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
65
news.milli.az

1Sources