EN

Doğuma görə müavinət hesablanma qaydası dəyişdi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Doğuma görə müavinətlərin hesablanması qaydasında edilən dəyişikliklər sosial təminat sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qüvvəyə minən yeni normalar bu sahədə şəffaflığın və ədalətliliyin artırılmasına yönəlib. Xüsusilə müavinətin hesablanma mexanizminin dəyişdirilməsi müzakirələrə səbəb olub. Ekspertlər bu yeniliyin həm müsbət tərəflərini, həm də mümkün təsirlərini dəyərləndirirlər. Yeni qaydaların mahiyyəti isə daha geniş yanaşma tələb edir.Məsələ ilə bağlı iqtisadçı İlqar Həsənli Demokrat.az-a bildirib ki, bu qərarın mahiyyətini o qədər də ciddi qəbul etmir:"Çünki prinsip etibarilə əsas məqsəd doğuma görə normal müavinətin təmin olunmasıdır. Bu baxımdan müddətin bir ildən 24 aya, yəni iki ilə qədər uzadılması müəyyən manipulyasiyaların qarşısını almağa yönəlmiş addımdır.

Bir illik dövrdə əmək müqavilələrinə daha tez-tez dəyişiklik edilirdi. İşçi ilə işəgötürən arasında razılaşma əsasında əməkhaqqı süni şəkildə yüksək göstərilir, müavinət də həmin məbləğə uyğun hesablanırdı".Ekspert deyib ki, qısa müddət olduğu üçün bu cür dəyişiklikləri etmək daha asan idi, iki illik dövrdə isə bu risklər azalır:"Beləliklə, bu qərar məhz həmin risklərin qarşısını almağa xidmət edir. Artıq müavinət son bir ilə deyil, iki ilin əməkhaqqı əsasında hesablanır. Bu isə işçi ilə işəgötürən arasında mümkün manipulyasiya və razılaşmaların qarşısını almağa yönəlib.

Əsas məsələ odur ki, sistem elə qurulmalıdır ki, vətəndaşlar doğuma görə maksimum səviyyədə müavinət ala bilsinlər",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
demokrat.az

1Sources