EN

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər

Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyinin erkən siqnalları arasında yer alır.

Türkiyəli terapevt Mehmet Çakır bildirib ki, uzun müddət davam edən halsızlıq və çəki artımı diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, immun sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və ciddi fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, xəstələr əksər hallarda yorğunluq, üşümə və saç tökülməsi kimi əlamətləri gündəlik həyatın gərginliyi ilə əlaqələndirir. Halbuki bu şikayətlər xəstəliyin ilkin mərhələdə verdiyi siqnallar ola bilər.

Həmçinin vurğulayıb ki, Haşimoto xəstəliyi qadınlarda daha çox müşahidə olunur və bu fərq əsasən hormonal amillərlə bağlıdır.

Xəstəliyin əsas əlamətləri arasında davamlı halsızlıq, yuxululuq, səbəbsiz çəki artımı, soyuğa qarşı həssaslıq, dəri quruluğu, saç tökülməsi və diqqət dağınıqlığı yer alır.

Həkimlərin sözlərinə görə, Haşimoto sadə qan analizləri ilə aşkar edilə bilər. Xüsusilə ailəsində bu xəstəlik olan şəxslərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.

Qeyd edilir ki, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün terapiya ilə nəzarətdə saxlamaq mümkündür. Ekspertlər balanslı qidalanma, stresin idarə olunması və müntəzəm fiziki aktivliyin xəstəliyin gedişinə müsbət təsir etdiyini bildirirlər.

Chosen
3
4
manset.az

5Sources