EN

Vuçiç: Almaniyadan hərbçilərin çıxarılması ABŞ-Aİ münasibətlərinin “geri dönüşü olmayan nöqtəyə” çatdığını göstərir

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ABŞ-ın Almaniyadan hərbi kontingentini çıxarma qərarı Vaşinqtonla Avropa İttifaqı arasında münasibətlərin “geri dönüşü olmayan nöqtəyə” çatdığını göstərir.

Bu barədə "Vecernje novosti" qəzeti məlumat yayıb.

Vuçiçin sözlərinə görə, bu addım iki əsas Qərb gücü arasında maraqların artıq üst-üstə düşmədiyini nümayiş etdirən ciddi siyasi siqnaldır. O qeyd edib ki, bu qərar Almaniya ilə ABŞ arasında qarşıdurmanın başlanğıcı ola bilər və proses sürətlə dərinləşə bilər.

Serbiya lideri əlavə edib ki, Vaşinqtonla yaranan fikir ayrılıqları Serbiyanın iqtisadiyyatı, siyasəti və biznes mühiti üçün də mənfi nəticələr doğura bilər.

Chosen
49
3
apa.az

5Sources