EN

Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır

Baku.ws saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən hərbi qüvvələrinin sayının azaldılması ilə bağlı planlara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Ağ Ev rəhbəri Floridanın Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini ciddi şəkildə azaltmağa hazırlaşır.

Onun sözlərinə görə, ixtisar yalnız 5 min hərbçi ilə məhdudlaşmayacaq, bu rəqəm daha yüksək ola bilər.

Bundan əvvəl Pentagon açıqlamışdı ki, yaxın 6-12 ay ərzində Almaniyadan təxminən 5 min amerikalı hərbçi geri çəkiləcək.

Qeyd edək ki, Almaniyada ABŞ ordusunun mövcudluğu davam edəcək və ölkədə 30 mindən çox hərbçi qalacaq. ABŞ hərbi qüvvələrinin xaricdə yerləşdirilməsi baxımından Almaniya hələ də önəmli mövqedədir və bu göstəriciyə görə yalnız Yaponiyadan geri qalır. Bu ölkədə isə təxminən 50-55 min ABŞ hərbçisi xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
baku.ws

3Sources