Suriyanın cənubundakı Əs-Süveydə əyalətindəki silahlı qrupların qərargahına bir neçə hava zərbəsi endirilib.
Musavat.com xəbər verir ki, məlumatı "Əl-Əxbariyyə" telekanalı mənbələrə istinadən yayıb.
Bildirilir ki, zərbələr İordaniya hərbi hava qüvvələri tərəfindən Şahba şəhərindəki silah və narkotik anbarına endirilib. Əməliyyatla bağlı əlavə məlumat verilməyib.
Musavat.com