EN

"Şalke" 3 ildən sonra Bundesliqada

"Şalke" klubu 3 illik fasilədən sonra Almaniyanın əsas Bundesliqasına vəsiqə qazanıb.
 
Moderator.az bildirir ki, Helzenkirhen təmsilçisi bunu 2-ci Bundesliqanın XXXII turunda evdə "Fortuna"ya 1:0 hesabı ilə qalib gəlməklə reallaşdırıb. Görüşdə yeganə qolu 15-ci dəqiqədə Türkiyə millisinin hücumçusu Kənan Karaman vurub.
 
Bu nəticədən sonra xallarını 67-yə çatdıran "Şalke" mövsümün başa çatmasına 2 tur qalmış həm çempionluğu, həm də Bundesliqaya vəsiqəni təmin edib.
 
Chosen
40
8
moderator.az

10Sources