EN

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

İranın ali rəhbərinin dəftərxanasının beynəlxalq məsələlər üzrə müavini Möhsün Qomi Müctəba Xameneinin hücumdan necə sağ çıxması ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qominin sözlərinə görə, Müctəba Xamenei hücumdan az əvvəl hədəfə alınan binada olub, lakin partlayışdan bir neçə dəqiqə əvvəl həyətə çıxdığı üçün sağ qalıb.
 

O bildirib ki, həmin binada olan digər şəxslər həlak olub. Qomi Müctəba Xameneinin yaralandığını təsdiqləsə də, xəsarətlərin xarakteri barədə məlumat verməyib.


İran rəsmisi Müctəba Xameneinin səhhəti ilə bağlı iddiaları “düşmənin hiyləsi” adlandırıb və onun hazırda ölkənin idarə olunması, o cümlədən danışıqlar prosesinə nəzarət etdiyini bildirib.

Bizim.Media

Chosen
33
bizim.media

1Sources