EN

Səhhətinə görə onlarla konsertini ləğv etdi

ain.az bildirir, Bizim media portalına istinadən.

Müğənni Zeyn Malik səhhətində yaranan problemlərə görə “KONNAKOL” adlı böyük turunu ixtisar edib. Bizim.Media xəbər verir ki, sənətçi ABŞ və Böyük Britaniyada nəzərdə tutulan 22 konsertini ləğv edib.Məlumata görə, Zeyn Malik qrafikdə yalnız 9 çıxış saxlayıb. Bu tur onun solo karyerasında ən böyük səhnə layihələrindən biri hesab olunurdu.İfaçı artıq xəstəxanadan evə buraxıldığını və hazırda evdə bərpa prosesi keçdiyini bildirib. O, özünü daha yaxşı hiss etdiyini və əvvəlkindən daha güclü qayıtmağa ümid etdiyini deyib. Malik eyni zamanda əvvəlki sıx qrafikə hazır olmadığını etiraf edib. Bu səbəbdən konsertlərin sayının kəskin azaldılması qərara alınıb.

 

Turun əvvəlcə Mançesterdə başlaması planlaşdırılsa da, indi açılış konserti Londona keçirilib. Böyük Britaniya və Avropadakı bəzi çıxışlar tamamilə ləğv olunub, Latın Amerikası konsertləri isə hələlik qüvvədə saxlanılır.

Müğənni pərəstişkarlarına dəstəyə görə təşəkkür edib və mümkün qədər çox fanatı ilə görüşmək istədiyini bildirib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
bizim.media

1Sources