Bu gün Azərbaycan II Liqasında XXV tur start götürəcək.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Göygöldə baş tutacaq.
Günün yeganə oyununda meydan sahibləri "Ağstafa Gəncləri"ni sınağa çəkəcəklər.
İkinci "altılıq"da yer alan və liqada qalmaq uğrunda mücadilə edən tərəflərdən üstün olan komanda son 2 tur üçün şansını artırmış olacaq.
Azərbaycan II Liqası
XXV tur
3 may
16:30. “Göygöl” – “Ağstafa Gəncləri”
Hakimlər: Niyaz Əhmədov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
