Fitnes məşqçisi İrina Rotaç arıqlamaq üçün ən effektiv məşqləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Men Today” məlumat yayıb.
Mütəxəssis klassik qaçış, velosiped sürmə, aktiv gəzinti və iplə tullanmanı ən faydalı məşqlər sırasına daxil edib.
Evdə məşq etmək istəyənlərə “alpinist” hərəkəti, jim, tullanma ilə oturub-qalxma, həmçinin yoqa və pilates elementləri tövsiyə olunur.
İdman zalında isə berpi, kanatla məşqlər və üzgüçülük daha effektiv hesab edilir.
Bundan başqa, xüsusi trenajorlarda və ağırlıqlarla edilən məşqlər də arıqlama prosesinə kömək edir. Bunlara qaçış zolağında sprint, avarçəkmə, “fermer yerişi”, klassik dartma, girya ilə yelləmə və geniş oturub-qalxma daxildir.
Bizim.Media