EN

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi Hərbi əməliyyatlar bərpa olunacaq?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Yaxın Şərqə gəlib. Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.Səfər hərbi əməliyyatların yenidən başlaya biləcəyi ilə bağlı xəbərdarlıqlar fonunda baş tutub.ABŞ Prezidenti Donald Tramp mayın 2-də bildirib ki, İran “özünü düzgün aparmasa”, ona qarşı hərbi əməliyyatların bərpası barədə əmr verə bilər.

 

Məlumata görə, aprelin 30-da Kuper Trampa İrana qarşı yeni hərbi zərbə planları barədə məlumat verib. Elə həmin gün o, Ərəbistan dənizinə yollanıb.

Mayın 2-də CENTCOM rəhbəri göyərtəsində dəniz piyadalarının xüsusi bölməsi yerləşən “USS Tripoli” esminesində amerikalı hərbçilərlə görüşüb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
12
bizim.media

10Sources