EN

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

İran hakimiyyəti gəlirləri gizlətmək və sanksiyalardan yayınmaq üçün mürəkkəb beynəlxalq sxemlərdən istifadə edir.Bizim.Media xəbər verir ki, bu barədə “The National Interest” yazıb.Nəşrin məlumatına görə, söhbət neft gəlirləri də daxil olmaqla milyardlarla dollarlıq vəsait axınından gedir. Bildirilir ki, bu pullar xarici siyasət fəaliyyəti və hərbi proqramlara yönəldilir.Məqalədə qeyd olunur ki, İran rəhbərliyinə yaxın şəxslər yurisdiksiyaları dəyişmək, ofşor şirkətlərdən və vasitəçi strukturlardan istifadə etməklə pulların mənşəyini gizlədirlər.Nəşr iddia edir ki, İranın ali rəhbəri Müctəba Xamenei beynəlxalq sxemlər vasitəsilə təxminən 3 milyard dollarlıq sərvəti gizlədə bilər.

 

Materialda iranlı iş adamı Əli Ənsarinin adı da çəkilir. Onun Avropa və ofşor zonalardakı şirkətlər şəbəkəsindən, eləcə də müxtəlif ölkələrin “qızıl pasportları”ndan istifadə etdiyi bildirilir.

Məqalə müəllifləri hesab edirlər ki, mövcud nəzarət mexanizmləri kifayət deyil. Onlar ABŞ və müttəfiqlərini ofşorlar, korporativ strukturlar və Qərbdə elit daşınmaz əmlak bazarı üzərində nəzarəti gücləndirməyə çağırıblar.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
50
bizim.media

10Sources