EN

Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat Bizdə elm, sənət niyə inkişaf etmir?

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Yalçın İslamzadənin "Parya" münasibəti göstərilən Azərbaycan intellektualları-1"

"Herodot Cevdet" ("Ekmek teknesi" serialında bir obraz) Bakı Kitab Sərgisinə dəvət olunmuşdu, bir daha dəvət etsinlər deyə gözqamaşdırıcı bir göy muncuq verib getmişdi. Nə demişdi?"Türkiye stendinde horon tepirdiler, dambıl-dumbul, görməmişlik. Azərbaycan stendində isə orkestr klassik əsərlər çalırdı. Azərbaycanlılar mədəniyyət məsələlərində bizdən 50 il qabaqdadırlar". Onun bu çıxışı mütəmadi olaraq paylaşıldı. Zarafat deyildi, Türkiyənin ən məşhur intellektuallarından biri öz dili ilə demişdi ki, "Siz bizdən 50 il qabaqdasınız". Qürrələnməyəsən nə edəsən?Bəs reallıq, əsl vəziyyət necədir?Elə həmin sərgidə aktiv iştirak edən iki nəşriyyat, "Qanun" və "Xan" nəşriyyatları rəssam Pəri Miniatürün əsərlərindən öz nəşrlərində icazəsiz istifadə etmişdilər. Rəhbərləri "Satış üçün nəşr etməmişik" kimi bəhanələrlə qonorar ödəməyi də qətiyyətlə rədd etmişdilər. Bu şəxslərdən biri az qala "naşir" obrazının ümumiləşdirilməsi kimi qəbul edilir, digəri isə "Azərbaycan Nəşriyyatları Assosiasiyası"nın sədridir. Keçən ilin noyabr ayından bu yana davam edən, üç məhkəmə çəkişməsindən sonra nəhayət, məhkəmə sənətkarın lehinə qərar verdi, bu iki nəşriyyatın əmək oğurluğu etdiklərinə qərar verdi və təzminat ödəməli olduqlarına dair hökm çıxardı. Yəni, "50 il qabaqda" olan bizdə, hər iki nəşriyyatın rəhbərliyi vəkil tutub, ona xərc çəkib sübut etməyə çalışırdılar ki, "Çok normal, çok profesyonel, biz düz etmişik".Müdrik şərqli "Dövlət etməlidir" buyruğu verməyi sevər, mühitin təsirini nəzərə almaz, mühiti düzəltmək üçün heç bir addım atmaz.

Dövlət isə, az da olsa nə isə edib. Hər il bu nəşriyyatlardan kitab alır və kitabxanalara paylayır. Üstəlik, məhkəmədə də sənətkarın haqqını təsbit edib. Nümunə, presedent yaratdığı üçün burdan rəssama təşəkkürlərimi bildirirəm. Sabahdan axşama qədər ali materiyadan danışan bu iki şəxsin ilk və tək belə davranışları deyil. Ancaq orden-medal davası edən mətbuat belə məsələlərə diqqət yetirmir, görməzdən gəlir. Sonra böyük ciddiyyətlə bizdə "Elm, sənət niyə inkişaf etmir?" müzakirəsi açırlar. Bundan sonra da qürrələnməyə göy muncuq versinlər deyə xaricdən insanlar dəvət edirlər.Mövzunu davam etdirəcəyik.

Vaxtaşırı geri dön, ey sevimli şəhvətim! - Məşhur yunan şairdən şeirlər

Lüğətə 1700 söz əlavə edən, kart oynamağı və şirniyyatı sevən dramaturq - Şekspir haqqında bilinməyən 15 fakt

Bakını erməniləşməkdən xilas edən Nəriman Nərimanov - Onu necə aldatdılar?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
50
kulis.az

10Sources