EN

Tezliklə ŞOK sirlər üzə çıxacaq, göydən pul yağacaq

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tanınmış astroloq Dinçer Güner 1 may tarixində baş verən Əqrəb dolunayının təsirlərini dəyərləndirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, “küllərindən yenidən doğuluş” enerjisi ilə gələn bu dolunay gizli qalan həqiqətləri üzə çıxarmağa hazırlaşır.

Əqrəb bürcünün 11-ci dərəcəsində baş verən dolunayın təsiri 10 maya qədər davam edəcək.

Dinçer Güner bildirir ki, bu dövr “böhranların şəfaya çevrildiyi” bir mərhələnin başlanğıcıdır. Bu günlərdə intuisiya güclənəcək, uzun müddətdir gizli qalan sirlər üzə çıxa bilər.

Astroloq bu prosesi belə ifadə edir:

“Ən dibi görmədən yenidən səthə çıxıb dərindən nəfəs ala bilmərik. Ömrünü başa vurmuş münasibətlərdən və karyera dəyişikliklərindən qorxmayın”.

Dolunayın ən mühüm mövzularından biri maliyyə məsələləri olacaq. Bu dövrdə bəzi borcların bağlanması ilə rahatlıq hissi yarana bilər.

Güner qeyd edir ki, böhranın içindəki fürsətləri görə bilənlər bu prosesdən maliyyə baxımından daha güclü çıxacaqlar.

Bu dövrdə qısqanclıq və manipulyasiya riski də yüksəlir. Astroloq cütlüklərə “mənim dediyim olacaq” kimi israrlı davranışlardan uzaq durmağı tövsiyə edir.

Bu dövr zərərli vərdişlərdən qurtulmaq, toksik insanları həyatınızdan uzaqlaşdırmaq və daha nizamlı həyat tərzinə keçmək üçün fürsət yaradır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
yenisabah.az

1Sources