EN

Qəbələdə min ədəd müxtəlif ağac və kollar əkilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qəbələ, 3 may, AZƏRTAC

“Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar Qəbələ rayonu ərazisində ağacəkmə aksiyası davam edir.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qəbələ şəhərinin küçə və parklarında, meydanlarda eləcə də, yol kənarlarında ağacəkmə aksiyalarına aprel ayından start verilib və bu yaşıllaşdırma aksiyaları may ayının sonuna kimi davam etdiriləcək.

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində davam edən ağacəkmə aksiyasının növbəti mərhələsində Qəbələ şəhəri ərazisində 300 ədəd həmişəyaşıl, 500 ədəd çinar və 200 ədəd söyüd ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Müxbir - Rasim İslamoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
4
azertag.az

6Sources