EN

Güney Azərbaycanlı kürdəsilli gənc edam edildi... FOTO

Moderator.az saytına istinadən ain.az xəbər verir.

İranda 2022-ci il etirazlarının daha bir iştirakçısı edam edilib.

Bu gün İranda “Qadın, Həyat, Azadlıq” etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə dar ağacından asılıb.

Moderator.az yerli telegram-kanallara istinadla xəbər verir ki, 28 yaşlı, bir sıra mənbələrə görə, kürd əsilli Mehrab Abdullazadə Urmiya şəhərinin(Güney Azərbaycan- rəsmən Qərbi Azərbaycan ostanı) sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.

İslam Respublikasının Məhkəmə-Ədliyyə Sistemi Abdullazadəni “ölkədə iğtişaşlar yaratmaq”da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.

Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və həbsxanadan naməlum istiqamətə aparıldığını bildirmişdilər.

S.Laçın 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
47
moderator.az

10Sources