EN

Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub FOTOFAKT KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avtobusda “Birbank” tətbiqi vasitəsilə bilet alan sərnişinin kartından dalbadal 29 biletin pulu çıxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Vüsal Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, əgər hesabdakı məbləğ bitməsəymiş, hətta daha çox pul çıxılacaqmış.

Jurnalistin sözlərinə görə, xanım bununla bağlı “Kapitalbank”a müraciət edib. Oradan bildiriblər ki, bizlik deyil, “BakuBus”a müraciət et. “BakuBus”dan isə deyiblər ki, “bizlik deyil, “141”ə müraciət edin. “141” də *4343-ə zəng vurmağı tövsiyə edib. Sərnişin əlavə olaraq 1 manat 20 qəpik də *4343-ə zəngə sərf edib. Onların sözü isə bu olub ki, həftəsonudur, birinci gün danışarıq.

Vüsal Məmmədov müvafiq qurumlara səslənərək bu laqeydliyə görə etirazını bildirib:

“Əvvəla, işinizi düzgün qurun! İkincisi, vətəndaşın şikayətinə düz-əməlli cavab verin, ötür-ötür oyunu oynamayın! Sizin yarıtmaz işinizə görə insanın həm vaxtı getməlidir, həm pulu, həm də əsəbləri?!”.

Jurnalist bütün vətəndaşları imkan daxilində ancaq nəqliyyat kartından istifadə etməyə çağırıb.

Fotoları təqdim edirik:

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
26
konkret.az

10Sources