EN

ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu VİDEO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Mayamidə keçirilən toy mərasimində DJ pultu arxasına keçib.Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.Məlumata görə, Rubio gecə klubunda keçirilən ailə toyunda noutbukla musiqi idarə edib, qulaqlığı qulağına sıxaraq ritmləri dəyişib.Sosial şəbəkələrdə yayılan görüntülərdə onlarla qonağın musiqi sədaları altında rəqs etdiyi görünür. Lakin medianın yazdığına görə, toyun kimə məxsus olduğu açıqlanmayıb.

 

Nəşr qeyd edir ki, Ağ Evdə musiqi istedadı nümayiş etdirən təkcə Rubio deyil. ABŞ Prezidenti Donald Tramp da bəzən Mar-a-Laqodakı tədbirlərdə qonaqlar üçün musiqi seçir.

Trampın xüsusilə “Village People” qrupunun “YMCA” mahnısını sevdiyi bildirilir. O, bu mahnının sədaları altında özünəməxsus rəqsi ilə də tanınır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
50
bizim.media

10Sources