EN

Şəkidə heyvan bazarı fəaliyyətini bərpa edir

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aylarla davam edən durğunluqdan sonra Şəkidə heyvan bazarının Qurban bayramı günlərində fəaliyyətini bərpa etməsi nəzərdə tutulur.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə bazar rəhbərliyi məlumat verib.

 

Bildirilib ki, hazırda ərazidə Qida Təhlükəsizliyi Agentliyinin tələb və normalarına uyğun təmir-tikinti işləri aparılır. Bazarın əlamətdar günlər ərəfəsində, yəni Qurban bayramı günlərində istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 27-28 may tarixlərinə təsadüf edəcək.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
13
bizim.media

10Sources