EN

Premyer Liqa: Çempion Şamaxı səfərində, "Zirə" "Qəbələ"ni qəbul edir

Premyer

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçiriləcək.Ulusum.az xəbər verir ki, günün ilk matçında çempion "Sabah" səfərdə "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.Turnir cədvəlində "Sabah" 72 xalla 1-ci, "Şamaxı" 35 xalla 8-cidir.Günün son oyununda isə "Zirə" "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək.Hazırda 46 xalı olan "Zirə" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 20 xalla 11-ci sırada yer alıb.Qeyd edək ki, XXX turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Turun digər 2 oyunu mayın 4-ü və 5-də keçiriləcək.

Diqqət Çəkənlər

Xəzərdə zəlzələ olub

Diplomatik korpusun nümayəndələri Laçında

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

Chosen
22
50
ulusum.az

10Sources