22 yaşlı ulduz bunu sosial şəbəkə hesabında xəbər verib. O, həmçinin mayın 6-17-si aralığında Romada keçiriləcək “Masters” seriyalı turnirə də qatıla bilməyəcək.
Alkaras apreldə Barselonada keçirilən turnirdə biləyindən zədə alıb:
“Bugünkü müayiənin nəticələri bilinəndən sonra qərar verdik ki, ehtiyatlı olmaq, Roma və “Rolan Qarros” turnirlərində iştirak etməmək ən yaxşı yoldu. Hələ bərpa prosesini dəyərləndiririk ki, korta dönə biləcəyim vaxtı müəyyənləşdirək. Mənin üçün çətin dönəmdi, ancaq bu vəziyyətdən daha güclü çıxacağıma əminəm”.
Alkaras həm Roma turnirinin, həm də “Rolan Qarros”un son qalibidi. O, ötən il Fransa Açıq Çempionatının finalında Yannik Sinneri məğlub etmişdi.