Milli Onkologiya Mərkəzində baş vermiş dəhşətli partlayışı törədən 1988-ci il təvəllüdlü Mübariz Əliyevin görüntüləri yayılıb.
Mübariz Əliyev onkoloji xəstəlikdən (düz bağırsaq xərçəngi) əziyyət çəkib və 2025-ci ilin oktyabr ayında müalicəsini başa vuraraq evə buraxılıb. Onun həkimi hədəf almasının dəqiq səbəbləri hazırda istintaq tərəfindən araşdırılır, lakin ilkin versiya kimi qisas və ya narazılıq ehtimalları nəzərdən keçirilir.
Faktla bağlı Baş Prokurorluq tərəfindən qəsdən adam öldürməyə cəhd və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb. Mübariz Əliyevin nə müharibə iştirakçısı, nə də müharibə əlili olmadığı, sadəcə 2006-2007-ci illərdə hərbi xidmət keçdiyi dəqiqləşdirilib. Həkim Asif Nəsirlinin beyin sapında qəlpə olduğu üçün vəziyyəti ağır olaraq qalır.
NOCOMMENT.az