Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan baş naziri Nikol Paşinyan və Bolqarıstan prezidenti İliyana Yotova iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.
Moderator.az xəbər verir ki, sənədin imzalanma mərasimi bazar günü İrəvanda baş tutub.
Görüşün və imzalanan bəyannamənin digər detalları barədə hələlik geniş məlumat verilmir. Qeyd edək ki, Bolqarıstan prezidenti İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Xatırladaq ki, mayın 4-də İrəvanda təxminən 50 Avropa ölkəsinin liderini bir araya gətirən ASB-nin növbəti sammiti keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.