Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına mayor Anar Məmmədovun nümunəvi xidməti və döyüş yolu haqqında ətraflı məlumat verilib.