EN

Üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanmağa davam edəcək Millət vəkili

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Prezident İlham Əliyevin Avropa çempionatında tarixi uğura imza atan milli güləş komandamızla görüşü və səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanda idman sahəsində əldə olunan hər bir nailiyyətin əsasında güclü dövlət siyasəti, sistemli yanaşma və idmançılarımıza göstərilən davamlı qayğı dayanır. Tiranada qazanılan komanda birinciliyi Azərbaycan dövlətinin illərdir həyata keçirdiyi məqsədyönlü siyasətin, milli idman məktəbinin və sağlam gənclik strategiyasının parlaq təzahürüdür.  Prezidentin xüsusi vurğuladığı kimi, Azərbaycan güləşçilərinin həm yunan-Roma, həm sərbəst güləş üzrə Avropada komanda hesabında birinci olması, qadın güləşçilərimizin medalçılar sırasında yer alması ölkəmizin idman tarixində mühüm nailiyyətdir. Bu uğur Azərbaycan idman məktəbinin gücünün, milli ənənələrimizin davamlılığının və peşəkar hazırlıq sistemimizin yüksək səviyyəsinin göstəricisidir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  Millət vəkili qeyd edib ki,   Prezidentimiz İlham Əliyevin “nəsillər dəyişir, amma Azərbaycan idmanının uğurları dəyişmir” fikri əslində dövlətimizin idman strategiyasının mahiyyətini çox dəqiq ifadə edir. Bu gün Olimpiya çempionlarımızın, dünya və Avropa mükafatçılarımızın federasiya rəhbərliyində, məşqçi heyətində təmsil olunması təcrübə ilə gəncliyin vəhdətini təmin edir və yeni çempionların yetişməsinə güclü zəmin yaradır:

"Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, cənab Prezident idman uğurlarını nəticə ilə yanaşı, milli-mənəvi dəyərlərlə, vətənpərvərliklə və yüksək davranış mədəniyyəti ilə əlaqələndirdi. Bu yanaşma bir daha göstərir ki, Azərbaycanda idman həm yarış meydanında qələbə qazanmaq, həm də dövlətini, bayrağını, xalqını ləyaqətlə təmsil etmək missiyasıdır.

Eyni zamanda Prezident İlham Əliyevin xüsusi diqqət çəkdiyi mühüm məqamlardan biri də Avropa yarışlarında idmançılarımıza qarşı zaman-zaman müşahidə olunan qərəzli münasibət və ədalətsizlik hallarıdır. Dövlət başçısının bu məsələyə açıq və prinsipial münasibət bildirməsi olduqca önəmlidir. Həqiqətən də, beynəlxalq yarışlarda, xüsusilə Avropa platformalarında Azərbaycan idmançılarının haqqının hakim qərarları ilə kölgə altına alınmasına dəfələrlə şahid olmuşuq. Lakin bütün bunlara baxmayaraq, bizim idmançılarımız yüksək peşəkarlıq, güclü xarakter və ən əsası, milli ləyaqət nümayiş etdirərək qələbəni mübarizə meydanında qazanıblar.

Hesab edirəm ki, Prezidentimiz İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan bundan sonra da beynəlxalq arenalarda yeni zəfərlərə imza atacaq, üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanmağa davam edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
17
525.az

10Sources