Maqadan vilayətində yerləşən kömür sahəsində baş verən faciə nəticəsində həlak olan dörd şaxtaçının meyiti tapılıb.
Rusiya mediasının məlumatına görə, hadisə aprelin 30-da Susuman şəhər dairəsi ərazisində qeydə alınıb. İstehsalat sahəsində divarların uçması nəticəsində səkkiz nəfər və texnika dağıntılar altında qalıb.
Bu gün xilasedicilər ilk meyitləri və texnikanı aşkar ediblər. Hadisə yerində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.