EN

Hamburq hava limanında uçuşlar müvəqqəti dayandırılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 3 may, AZƏRTAC

Almaniyanın Hamburq şəhər aeroportunda hava nəqliyyatının hərəkəti kiçik təyyarənin qəza enişi etməsi ilə əlaqədar müvəqqəti dayandırılıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Kann şəhərindən gələn “Socata TBM-700C” markalı təyyarə aeroporta qəza enişi edib. Hadisə nəticəsində təyyarənin ön təkəri sıradan çıxıb. Təhlükəsizlik səbəbi ilə uçuşlar dayandırılıb.

Təyyarənin göyərtəsində iki nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
3
azertag.az

10Sources