EN

Azərbaycan savatçıları Bolqarıstanda altı medal qazanıblar FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Bolqarıstanın Plovdiv şəhərində keçirilən savat assault üzrə Avropa Kubokunda müxtəlif yaş qruplarında çıxış edən yığma komandamız uğurlu nəticələr əldə edib. İdmançılarımız turniri altı medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, kadetlər arasında Mehman Rəsul (35-40 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Yeniyetmələr arasında Məhəmməd Rəsul (45 kq) və Əlikram Qocayev (48 kq) bürünc medala sahib olublar.

Gənclərin mübarizəsində Məhəmməd Süleymanov (+85 kq) gümüş mükafatı aktivinə yazdırıb. Böyüklər arasında isə Yasin İbrahimov (65 kq) birinci yeri tutaraq qızıl, Hikmət Xəlilov (+85 kq) isə üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
50
icma.az

10Sources