EN

Biləsuvarda arvad ərini bıçaqladı

BİLƏSUVAR, 3 may. TELEQRAF

Biləsuvar rayonunun Bağbanlar kəndində ailədaxili münaqişə nəticəsində arvad ərini bıçaqlayıb.

Teleqraf xəbər verir ki, İlkin məlumata görə, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Ağayev Balahəsən Ağahüseyn oğlu bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya dərhal tibbi yardım göstərilib, hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Kənd sakinlərinin sözlərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib. İddialara əsasən, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri istintaq tədbirlərindən sonra məlum olacaq.

Chosen
35
45
teleqraf.com

10Sources