EN

Roma Papasının Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı ÇIXIŞI


Roma Papası XIV Leo Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çıxış edərək, söz azadlığının pozulmasını pisləyib və həyatını itirən jurnalistlərin xatirəsini yad edib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Katolik kilsəsinin rəhbəri ənənəvi bazar duası zamanı mətbuatın cəmiyyətdəki roluna toxunub.

O, mətbuat azadlığının həm açıq, həm də gizli formalarda təzyiqlərə məruz qaldığını bildirib:

“Bu gün biz Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edirik... Təəssüf ki, bu hüquq tez-tez kobud şəkildə və ya daha gizli formalarda pozulur. İnsanları qaynar nöqtələrdə həqiqəti çatdırmaq naminə canından keçən müxbirləri və reportyorları unutmamağa çağırıram”.

Papa XIV Leo jurnalistikanı demokratiyanın dayaq nöqtəsi adlandıraraq, informasiyanın manipulyasiyalardan qorunmalı olan ümumi bir sərvət olduğunu vurğulayıb.

O, gənclərə müraciət edərək onları müharibə, ədalətsizlik və korrupsiyadan uzaq bir dünya qurmağa səsləyib:

“Müharibə deyil, sevgi qalib gəlməlidir”.

Qeyd edək ki, Papanın bu çıxışı aprelin 16-da müharibələrə milyardlarla vəsait xərcləyən “tiranları” tənqid etməsindən və medianı “söz müharibəsinə” son qoymağa çağırmasından sonraya təsadüf edir.  



Chosen
8
8
nuh.az

10Sources