EN

NASA təyyarəsi 22 ildir qırıla bilməyən unikal rekord qırıb

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dünya hələ də eksperimental pilotsuz aparat X-43A-nın əldə etdiyi nailiyyəti üstələyə bilməyib. Bu aparat demək olar ki, fantastik sürətə çataraq rekord müəyyən edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "19FortyFive" nəşri yazır.

Məlumata görə, 16 noyabr 2004-cü ildə "NASA Hyper-X" proqramı çərçivəsində hazırlanmış, uzunluğu təxminən 3,7 metr, çəkisi 1,5 ton olan bu tədqiqat təyyarəsi 9,68 Max (təxminən 11 265 km/saat) sürətə çatıb.

Bildirilir ki, uçuş Sakit okean üzərində 33 528 metr yüksəklikdə həyata keçirilib və bu, X-43A-nı tarixdə ən sürətli hava ilə işləyən aparat edib. Qurğunun əsas xüsusiyyəti hidrogenlə işləyən unikal scramjet mühərriki olub.

Nəşrdə qeyd olunur: "X-43A atmosferin özünü oksigen mənbəyi kimi istifadə edirdi və əlavə oksigen çənlərinə ehtiyac duymurdu”.

Müəllifin fikrincə, bu sınaq scramjet texnologiyasının real uçuş şəraitində işlədiyini sübut edib. Hava mühərrikə səsdən sürətli axınla daxil olur, yanacaq isə birbaşa bu axında yanaraq güclü itələmə qüvvəsi yaradırdı.

Sınaqların çətinliyi

Texniki uğura baxmayaraq, sınaq son dərəcə mürəkkəb olub. Scramjet mühərrikləri aşağı sürətlərdə işləmədiyi üçün X-43A müstəqil şəkildə havaya qalxa bilmirdi. Onu havaya "B-52 Stratofortress" daşıyıcı təyyarəsi qaldırıb, daha sonra "Pegasus" raket sürətləndiricisi lazımi sürətə çatdırıb.

Mühərrikin işləmə müddətinin cəmi 12 saniyə olduğu bildirilir. Buna baxmayaraq, aparat bu qısa müddətdə onlarla kilometr məsafə qət edib. Ekstremal temperatur və metalın ərimə həddinə yaxın şəraitdən qorunmaq üçün mühəndislər xüsusi su soyutma sistemi hazırlayıblar.

ABŞ üçün itirilmiş fürsət

Uğura baxmayaraq, layihə okeana enişlə başa çatıb və faktiki olaraq dayandırılıb.

ABŞ tədqiqatçıları digər layihələrə yönəldiyi halda, Rusiya və Çin bu texnologiyaları öz hipersəs silah proqramlarında fəal şəkildə tətbiq etməyə başlayıblar.

Məqalədə qeyd olunur: "Diqqəti cəmləyə bilməmək Amerikanın ən böyük səhvlərindən biridir”.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
9
qaynarinfo.az

10Sources