EN

“Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşdi

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" başa çatıb.

90deqiqe.Az xəbər verir ki, paytaxt küçələrini əhatə edən yarışda qaliblər müəyyənləşib. Kişilərin mübarizəsində finiş xəttini ilk keçən Türkiyə təmsilçisi Əhməd Alkanoğlu olub. Ukraynalı Vitaliy Şafar ikinci, Qırğızıstan idmançısı Yrskeldi Akerov isə üçüncü yeri tutub.

Qadınların yarışında isə Rusiya təmsilçisi Elena Tolstykh birinci olub. Azərbaycan idmançısı Anna Yusupova yarışı ikinci pillədə başa vurub. Qazaxıstanlı Şirin Akimbay isə üçüncü nəticə göstərib.

Qeyd edək ki, bu il “Bakı Marafonu” ilk dəfə 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil olunub. Yarışa ümumilikdə 25 min iştirakçı qatılıb.

Chosen
60
48
90deqiqe.az

10Sources