EN

Səudiyyə və Rusiya daxil 7 ölkədən neft qərarı - hasilat artırılır...



Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və yeddi üzv ölkədən ibarət qeyri-OPEC istehsalçılarından ibarət OPEC+ qrupu iyun ayında gözlənildiyi kimi hasilatı gündə 188 min barel artırmaq qərarına gəlib. Qərar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ittifaqdan çıxmasından qısa müddət sonra verilib.

OPEC, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar şərtlərini və perspektivlərini dəyərləndirmək üçün onlayn görüş keçirdiyini açıqlayıb.

Səudiyyə Ərəbistanı, Rusiya və OPEC+ alyansının digər üzvləri alyans daxilində birlik və həmrəylik mesajını gücləndirən bir addım ataraq, neft hasilatı kvotalarını artırıblar. Qərar qlobal enerji bazarlarındakı dalğalanmalar qarşısında sabitliyi dəstəkləmək məqsədi ilə qəbul edilib.

Görüşdə 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barellik könüllü hasilat azaldılmasının müzakirə olunduğu bildirilən açıqlamada, sözügedən ölkələr neft bazarında sabitliyi dəstəkləmək üçün ortaq öhdəlikləri və 2023-cü ilin aprel ayında elan edilmiş əlavə könüllü azaltmalar çərçivəsində, iyun ayından başlayaraq hasilatı gündə 188 min barel azaltmaq qərarına gəliblər.

Görüşdə diqqət çəkən əsas məqam isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) alyansdan çıxması ilə bağlı heç bir müzakirə aparılmaması olub.

Qərar neft bazarına təsir edən artan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənliklər dövründə qəbul edilib. OPEC+ alyansı təklif və tələb arasında tarazlığı qorumaqla qiymət sabitliyini təmin etməyi hədəfləyir.

Bəyanatda həmçinin vurğulanıb ki, qərar bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.

Bazar şərtlərini, istehsal düzəlişlərini və kompensasiya proseslərini hər ay müntəzəm olaraq nəzərdən keçirən qrupun növbəti iclası iyunun 7-də keçiriləcək.

Tahir TAĞIYEV

Chosen
63
47
baki-xeber.com

10Sources