EN

İranda neft quyuları tezliklə bağlana bilər

İran ABŞ-ın dəniz blokadası nəticəsində neft anbarlarının sürətlə dolması səbəbindən qazma quyularının konservasiyasına (müvəqqəti fəaliyyətin dayandırılması) başlaya bilər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

Nazir deib ki, onlar öz anbarlarını sürətlə doldururlar və bu proses davam etdikcə neft quyularını bağlamaq məcburiyyətində qalacaqlar. Onun fikrincə, bu proses artıq gələn həftə başlaya bilər.

Bessentin sözlərinə görə, ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsi bitdikdən sonra neft qiymətləri ilin əvvəlindəkindən daha aşağı olacaq. Bu, həm də Birləşmiş Ərəb Əmirliklərinin OPEK-dən çıxmaq qərarı ilə bağlıdır.

Chosen
32
50
publika.az

10Sources