İtaliya A Seriyasında 35-ci turun oyunu keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Yuventus” öz meydanında “Verona”nı qəbul edib. Turin şəhərində baş tutan görüş gözlənilmədən heç-heçə ilə yekunlaşıb – 1:1.
Birinci hissədə meydan sahibləri üstün oyun nümayiş etdirsələr də, fərqlənmək mümkün olmayıb. 34-cü dəqiqədə isə qonaqlar hesabı açıblar. Kiron Boui fərqlənib, qolun ötürməsini Domagoy Bradariç edib.
İkinci hissədə “Yuventus” fəallığını artırıb və 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Duşan Vlahoviç komandasını məğlubiyyətdən xilas edib.
Bütün cəhdlərə baxmayaraq, Turin təmsilçisi qələbə qolunu vura bilməyib.
Bu nəticədən sonra “Yuventus” 65 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. “Verona” isə 20 xalla 19-cu pillədə, yəni sondan əvvəlki sırada yer alır.