EN

“Mançester Yunayted" hələ sabit mübarizəyə hazır deyil”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin İngiltərə Premyer Liqasının oyununda “qırmızı şeytanlar”ın “Liverpul”u 3:2 hesabı ilə məğlub etdiyi matçdan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o, komandanın hələ yüksək yerlər uğrunda sabit mübarizəyə hazır olmadığını bildirib.

“‘Mançester Yunayted’i öz qapısı qarşısında təhlükəli vəziyyətlərə yol verdiyi üçün tənqid etmək olardı. Amma müdafiədə belə müəyyən bir sakitlik hiss olunurdu. Elə görünürdü ki, kim qalib gələcəksə, o da ‘Yunayted’ olacaq”, – deyə Kin bildirib.

Onun sözlərinə görə, “Liverpul”un əsas hücumçusu Məhəmməd Salah və digər aparıcı futbolçuların olmaması da oyuna təsir edib: “Onlar bu fürsətlərdən yararlana bilərdilər”.

Kin əlavə edib ki, “Mançester Yunayted” oyunda həm yaxşı, həm də zəif tərəflərini göstərib: “Komanda 3 qol vurdu, amma ritmi itirdi. Mən bütöv bir oyun görmək istəyirdim, ayrı-ayrı epizodlar yox. Qollar sanki rəqibə hədiyyə edildi. Problem də budur – xüsusilə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə”.

Hazırda “Mançester Yunayted” 64 xalla turnir cədvəlində üçüncü, “Liverpul” isə 58 xalla dördüncü yerdə qərarlaşıb.

Chosen
51
13
90deqiqe.az

10Sources