EN

Qafqazdan Berlinədək şanlı yol: Qəhrəmanlarımızı TANIYAQ – FOTOLAR

Böyük Vətən Müharibəsi illəri Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi misilsiz fədakarlıqlarla tariximizə həkk olunub.

Döyüş meydanlarında göstərdikləri xüsusi igidliyə görə Azərbaycan SSR-in 123 vətəndaşı ən yüksək fəxri ada — Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu qəhrəmanlardan 42 nəfəri birbaşa milliyətcə azərbaycanlıdır.

KONKRET.az xəbər verir ki, müharibənin ilk illərindən etibarən azərbaycanlı döyüşçülər öz şücaətləri ilə fərqlənməyə başlayıblar. Bu şərəfli adı alan ilk azərbaycanlı kimi tarixə 1941-ci ildə İsrafil Məmmədov düşüb. Ümumilikdə isə Azərbaycan SSR-dən olan 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilərək Vətən qarşısındakı borclarını şərəflə yerinə yetiriblər.

Azərbaycanın hərb tarixində xüsusi yer tutan milli atıcı diviziyalar — 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı diviziyalar Qafqazın ətəklərindən başlayaraq faşizmin mərkəzi olan Berlinədək şanlı və çətin bir döyüş yolu keçiblər. Bu diviziyaların tərkibindəki azərbaycanlı çağırışçı və könüllülər Avropanın azad olunmasında və qələbənin qazanılmasında böyük pay sahibi olublar. Bu gün həmin qəhrəmanların xatirəsi xalqımızın qəlbində əbədi yaşayır.

Qəhrəmanlarımızın yenilənmiş fotolarını təqdim edirik:

Natiq Səlim,
KONKRET.az

Chosen
11
41
konkret.az

10Sources