EN

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

BAKI, 3 may. TELEQRAF

LƏNKƏRAN, 3 may. TELEQRAF

Lənkəranda çayxanada 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

Teleqrafın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Girdəni kəndi ərazisində yerləşən çayxanaların birində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində kənd sakini, 42 yaşlı Eldəniz Hüseynov 1990-cı il təvəllüdlü Samik Qadir oğlu Bayramova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. S. Bayramova döş qəfəsi və bud nahiyəsinin açıq yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Eldəniz Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
33
50
teleqraf.com

10Sources