EN

Belqrad-Bakı reysi Azərbaycan–Serbiya əlaqələrinin inkişafına töhfə verəcək - Samir Rzayev

Bakı-Belqrad reysi Azərbaycan ilə Serbiya arasında əlaqələrin daha da inkişafına töhfə verəcək.

Day.Az-ın məlumatına görə, bu fikirləri "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev səsləndirib.

Onun sözlərinə görə, Belqrad-Bakı istiqaməti üzrə birbaşa uçuşların açılması mühüm hadisədir:

"Bu, yalnız yeni istiqamətin əlavə olunması deyil, eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi rolunun daha da güclənməsi deməkdir. "Air Serbia" ilə əməkdaşlıq çərçivəsində açılan bu marşrut sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır. Həftədə 2 dəfə həyata keçiriləcək uçuşlar həm işgüzar səfərlərin, həm də turizmin inkişafına müsbət təsir göstərəcək".

S.Rzayev əlavə edib ki, Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq marşrut şəbəkəsini genişləndirərək sərnişinlərə Cənub-Şərqi Avropa üzrə daha əlçatan əlaqə imkanı təqdim edir:

İdarə Heyətinin sədri vurğulayıb ki, ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri bu marşrutun əhəmiyyətini bir daha nümayiş etdirir: "Onları Bakıda salamlamaqdan məmnunuq. Bu, iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır".

S.Rzayev əlavə edib ki, əsas məqsəd sərnişinlər üçün təhlükəsiz, rahat və səmərəli səyahət mühitinin təmin edilməsidir. O bildirib ki, nu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin yüksəldilməsi üzrə işlər davam etdirilir.

Chosen
21
2
day.az

3Sources