EN

Mərakeşdə itkin düşən ABŞ hərbçiləri ilə bağlı yeni açıqlama

BAKI, 3 may. TELEQRAF

Mərakeşdə hərbi təlimlər zamanı itkin düşən iki amerikalı hərbçinin yoxa çıxmasının terror aktı ilə bağlı olmadığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Hespress portalı Mərakeş Silahlı Qüvvələrindəki yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, “Afrika Şiri” hərbi təlimləri çərçivəsində yoxa çıxan iki ABŞ hərbçisinin Kap-Draa bölgəsində itkin düşməsi hər hansı terror fəaliyyəti ilə əlaqəli deyil.

Bildirilir ki, itkin düşən hərbçilər sonuncu dəfə poliqona yaxın sahil qayalığı ərazisində görülüblər və onların Atlantik okeanına düşməsi ehtimal olunur.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata Mərakeş və ABŞ hərbi qüvvələrinin təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatları, həmçinin dalğıclar və alpinistlər cəlb olunub.

Qeyd olunur ki, itkin hərbçilərin tapılması üçün geniş miqyaslı insan və texniki resurslar səfərbər edilib.

Chosen
33
teleqraf.com

1Sources