EN

Londondan Mançesterə yollana bilər

Miki van de Ven mövsümün sonunda böyük ehtimalla klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem”in müdafiəçisi karyerasını “Mançester Yunayted”də davam etdirməyə yaxındı. “Daily Mail” qəzetinin məlumatına görə, MY rəhbərliyi 25 yaşlı futbolçunun mövcud vəziyyətini izləyir və onu yayda transfer etməyi düşünür.

Van de Ven “Tottenhem”ə 2023-cü ildə “Volfsburq”dan 40 milyon avroya keçib. O, bu mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Chosen
35
football-plus.az

1Sources