EN

Tramp İranın yeni təklifini rədd etdi

İran ABŞ-la aparılan danışıqlarda yeni təklif paketi təqdim edib, lakin Vaşinqton bu şərtləri qəbul etməyib.

Musavat.com xəbər verir ki, Əl Ərəbiyə telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Tehran uzunmüddətli sülh razılaşması, Hörmüz boğazının mərhələli açılması və sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramı üzrə müəyyən güzəştlərə hazır olduğunu bildirib.

Məlumata görə, İran uranın zənginləşdirilməsini təxminən 15 il müddətinə dondurmağı, eyni zamanda ehtiyatların mərhələli şəkildə azaldılmasını və ya ixracını müzakirə etməyi təklif edib. Bununla yanaşı, Tehran nüvə obyektlərinin məhv edilməsinə razılaşmayıb və bu infrastrukturu qorumaqda israr edir.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp İranın bu təklifini rədd edib. O bildirib: “Mən yeni İran təklifini öyrəndim və bu, mənim üçün qəbuledilməzdir”. Tramp əlavə edib ki, təqdim olunan plan ABŞ-nin əsas tələblərinə cavab vermir və Vaşinqton yalnız İranın nüvə imkanlarının tam şəkildə aradan qaldırılmasını təmin edən razılaşmanı qəbul edə bilər.

 

Musavat.com

Chosen
36
49
musavat.com

10Sources