EN

Yannik Sinner Madriddə çempion olub

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dördqat “Böyük dəbilqə” turnirlərinin çempionu, dünyanın birinci raketkası olan İtaliya tennisçisi Yannik Sinner İspaniyanın Madrid şəhərində keçirilən “Masters” turnirinin qalibi olub. Finalda o, reytinqdə üçüncü pillədə qərarlaşan almaniyalı Aleksandr Zverevi 6:1, 6:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, cəmi 58 dəqiqə davam edən görüşdə Sinner səkkiz eyslə yadda qalıb və qazandığı dörd breyk-pointin hamısını reallaşdırıb. Zverev isə matç ərzində iki eys vura bilib və bir dəfə ikili səhvə yol verib. Bu qələbədən sonra Yannik Sinner və Aleksandr Zverev arasındakı şəxsi görüşlərin hesabı italiyalının xeyrinə 10-4 olub.

Madrid turnirindəki zəfər Sinner üçün karyerasında 28-ci, mövsümdə isə dördüncü titul olub. Bununla da italiyalı tennisçi doqquzuncu dəfə “Masters” seriyalı turnirin qalibi adını qazanıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
icma.az

1Sources